“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 29-cu turunun “Xetafe” ilə oyunundan öncə danışıb.
Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, o, rəqibin aqressiv oynadığını bildirib:
“Xetafe” aqressiv futbol nümayiş etdirir. Əminəm ki, bizi çətin oyun gözləyir”.
İspaniyalı mütəxəssis daha sonra Erik Qarsiyadan söz açıb:
“O, nominal olaraq, mərkəz müdafiəçisidir. Yaxşı ötürmələrə, sürətə malikdir. Öz mövqeyində peşəkar futbolçudur”.
O, klub rəhbərliyi ilə hər gün danışdığını söyləyib:
“Yeni müqavilə imzalamaq? “Barselona”nın rəhbərliyinə əməyimi qiymətləndirdiyi üçün təşəkkür edirəm. Onlarla hər gün danışırıq.
Bununla bağlı sualların ola biləcəyinə əmin deyiləm. Əvvəl çempionatı qazanmaq, sonra isə müqavilə haqqında danışmaq lazımdır”.