“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq kapitanlıq sarğısını daşıyan futbolçuları barədə danışıb.
Sportarena.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, Harri Maquayr və Bruno Fernandesin bir-birinə hörmət etdiyini bildirib:
“Onlar bir-birinə hörmət edir, birlikdə çalışırlar. Maquayr və Fernandes komandanın kapitanlıq sarğısını daşısalar da, bizdə başqa futbolçular da var: Rafael Varan, Kazemiro, Lisandro Martines, David de Xea bu məsələdə çox inkişaf ediblər”.
Ölkə çempionatının 31-ci turunun “Nottingem Forest” – “Mançester Yunayted” matçı bu gün, saat 19:30-da keçiriləcək.