Futbol üzrə Cənubi Koreya çempionatında 7-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Anton Krivotsyukun komandası – “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv lider “Ulsan Hyundai” komandasını qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 2:1.
Ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı olan Anton bu görüşün iştirakçısı olmayıb.
“Daejeon” hazırda 14 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.