“Qarabağ” Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a yenilib (1:2).
Sportarena.az xəbər verir ki, həmin qarşılaşmada Ağdam təmsilçisinin yeganə qolunun müəllifi olan Riçard Almeyda ölkə çempionatındakı penalti sayını 25-ə çatdırıb.
Braziliya əsilli oyunçu bunlardan 23-nü qola çevirib, digər iki imkanı qaçırıb.
Xatırladaq ki, Almeyda 21-ci əsrdə çempionatda ən çox penalti vuran oyunçudur.