“Çelsi” baş məşqçi təyinatı ilə bağlı Yulian Nagelsmann ilə danışıqlara başlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Bildirilib ki, klubun idman rəhbərliyinin nümayəndələri cümə axşamı almaniyalı mütəxəssislə görüş keçirib. Nagelsmannın nümayəndələri mütəxəssisin hansı səlahiyyətlərə malik olacağını və təyinat alacağı təqdirdə onu nə qədər müddətə klubda görəcəklərini öyrənmək istəyiblər. Onun əvvəlki klubu “Bavariya” olub. Onun rəhbərliyi altında almanlar 2022/23 mövsümündə Çempionlar Liqasının 1/4 finalına yüksələrək PSJ-ni turnirdən uzaqlaşdırıblar. Onun gedişindən sonra komandanın başına “Çelsi”nin keçmiş meneceri Tomas Tuxel keçib.
“Çelsi” hələ də namizədləri incələmək prosesindədir. İndi “zadəganlar”ın şort-listində yeddi namizəd var. Bunlar Luis Enrike, Maurisio Poçettino, Lusiano Spaletti, Ruben Amorim, Vinsent Kompani və Abel Ferreyradır.