Türkiyə millisinin sabiq üzvü Arda Turan baş məşqçi kimi rəsmi debüt oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, onun baş məşqçis təyin olunduğu "Eyüpspor" 1-ci liqanın 33-cü turunda səfərdə "Göztepe" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Yeganə qolu 20-ci dəqiqədə Marko Kvasina vurub.
Bu nəticədən sonra "Eyupspor" 57 xalla 3-cü pillədə qərarlaşıb, "Göztepe" 53 xalla 6-cıdır. Turnir cədvəlinə 66 xalla "Samsunspor" başçılıq edir.
Qeyd edək ki, A.Turan bir neçə gün əvvəl sözügedən klubun baş məşqçisi təyin olunub.