"Mançester Yunayted" "Nottingem Forest" üzərində 2:0 hesabı ilə həlledici qələbə qazanıb və bazar günü Premyer Liqa cədvəlində üçüncü yerə qayıdıb, lakin Ceydon Sançonun sol cinahdakı töhfəsi minimal olub.
Sportarena.az xəbər verir ki, bu haqda "Goal" nəşri məlumat yayıb.
Məlumata görə, gənc futbolçunun performansı "qırmızı şeytanlar"ın gözləntilərinin çox aşağısında qalıb. Bu səbəbdən də klub oyunçunu tez bir zamanda satmağı düşünür.
Qeyd edək ki, "Mançester Yunayted" Sançonu 2021-ci ildə Dortmund "Borussiya"sından 73 milyonfunt sterlinq qarşılığında transfer edib.