“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Marsel Sabitzerin zədələnməsi haqda danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, avstriyalı futbolçunu İngiltərə çempionatının 31-ci turunun “Nottingem Forest” ilə qarşılaşmasında (0:2) meydana çıxartmamaqla risk etmək istəmədiklərini bildirib:
“Sabitzer isinmə hərəkətləri zamanı problemlər yaşadı. Risk etməmək qərarını verdik. Komandada bir neçə zədəli futbolçu var. Ümid edirəm ki, Marselin zədəsi yüngül olar”.
Qeyd edək ki, Sabitzer “Nottingem Forest” – “Mançester Yunayted” (0:2) oyunundan öncə isinmə hərəkətləri zamanı zədələnib və meydana çıxa bilməyib. Onu Kristian Eriksen əvəz edib.