Çempionlar Liqasının 1/4 finalında keçiriləcək "Napoli" - "Milan" cavab oyununun hakimləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, matç Polşa Futbol Federasiyasından Şimon Marçiniaka həvalə olunub. Pavel Sokolniçki, Tomas Listikieviç köməkçi hakimlər, Qlenn Nuberq dördüncü hakim olacaq.
Qeyd edək ki, aprelin 18-i keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma "Milan"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.