"Nottingem Forest"də icarə əsasında çıxış edən PSJ-nin qapıçısı Keylor Navas gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, kosta-rikalı qolkiper “Canal+” telekanalına açıqlamasında Paris klubuna qayıtmaq istəyində olduğunu bildirib:
"PSJ ilə bir illik müqaviləm qalıb. Ora qayıdıb oynamaq imkanım olsa, özümü göstərməyə və komanda ilə Çempionlar Liqasını qazanacaq gücə sahibəm. PSJ-də oynayanda biz bunu etməyə yaxın idik".
Qeyd edək ki, 36 yaşlı qolkiper mövsümün əvvəlində İngiltərə klubuna icarəyə yollanıb. Mövsüm sonunda isə o, PSJ-yə dönəcək.