"Beşiktaş" "Vest Hem"in müdafiəçisini transfer etdi

21:30 17 Aprel 2023

Türkiyənin "Beşiktaş" klubu icarə əsasında heyətinə qatdığı Artur Masuaku ilə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı sol cinah müdafiəçisinin transfer hüquqlarını alıb. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.

 

"Beşiktaş" konqolu futbolçu üçün onun klubu "Vest Hem"ə 2 milyon avro ödəyib. Təcrübəli müdafiəçi Super Liqa klubu ilə 2+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Beşiktaş" Artur Masuakunu mövsümün əvvəlində "Vest Hem"dən icarəyə götürüb. Konqo millisinin üzvü komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti