Futbol üzrə Sloveniya çempionatında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Olimpiya" mövsümün bitməsinə 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Lyublyana təmsilçisi XXXI turda "Maribor"u 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 69-a çatdırıb. "Ağ-yaşıllar" ən yaxşın izləyicisi olan "Maribor"u 5 xal qabaqlayır.
Qeyd edək ki, "Olimpiya"nı İspaniya milli komandasının sabiq futbolçusu Albert Riera çalışdırır.