"Arsenal"ın futbolçusu Folarin Baloqun yayda klubunu dəyişə bilər.
Sportarena.az xəbər verir ki, icarə əsasında "Reyms"də çıxış edən 21 yaşlı hücumçunun xidmətində "Milan" və "Leyptsiq" maraqlıdır. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb. "Arsenal" gənc forvard üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, "Reyms" Folarin Baloqunu mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə U-21 millisinin üzvü Fransa klubunun heyətində meydana çıxdığı 32 rəsmi matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.