“Real” yarımmüdafiəçisi Orelyen Tuçamenini satmaq fikrində deyil.
Sporetarena.az AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu” futbolçuya start heyətdə çox yer verməsə də, onu satmağı düşünmür. Klub hesab edir ki, oyunçunun çatışmayan cəhəti uyğunlaşma ilə bağlıdır.
Öncədən “Liverpul”un Tuçameni üçün 80 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi.
Fransalı futbolçu ötən ilin yayında “Monako”dan “Real”a keçib. Madrid təmsilçisi futbolçu üçün 80 milyon avro ödəmişdi.
Tuçameni cari mövsümdə paytaxt klubunun heyətində bütün turnirlər daxil olmaqla 36 oyunda iştirak edib.