"Real" "Çelsi"ni məğlub etdi, "Napoli" - "Milan" matçında sülh - YENİLƏNİB + VİDEO

00:59 19 Aprel 2023

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 1/4 finalın iki matçı keçirilib.

 

“Real Madrid” “Santyaqo Bernabeu”da iki cavabsız qolla məğlub etdiyi İngiltərə “Çelsi”sinin qonağı olub. İspaniya təmsilçisi rəqibini yenidən eyni hesabla məğlub edib - 0:2.  "Kral klubu" bu nəticələrlə yarımfinala yükəlməyi bacarıb.

 

Digər cütlükdə italyan dueli baş tutub. “Napoli” səfərdə bir qolla uduzduğu “Milan”ı qəbul edib. Matç heç-heçə ilə yekunlaşıb - 1:1. İki matçın nəticəsinə əsasən "Milan" yarımfinala vəsiqə qazanan tərəf olub.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü aprelin 19-da keçiriləcək.

 

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

“Çelsi” (İngiltərə) 0:2 “Real Madrid” (İspaniya) (yekun)

Qol: Rodriqo, 58, 80

Baş hakim: Daniel Orsato (İtaliya)

London, “Stemford Bric”

İlk oyun – 0:2

 

“Napoli” (İtaliya) 1:1 “Milan” (İtaliya) (yekun)

Qol: Osimhen 90+3 - Olivye Jiru, 42

Baş hakim: Şimon Marçinyak (Polşa)

Neapol, “Dieqo Maradona” stadionu

İlk oyun – 0:1


Digər xəbərlər

Xəbər xətti