Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları bəlli olub.
Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” – “Səbail” matçı FIFA referisi Elçin Məsiyevə tapşırılıb.
“Turan Tovuz” – “Neftçi” qarşılaşmasını isə Rəşad Əhmədov idarə edəcək.
18 aprel (çərşənbə axşamı)
18:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu
19 aprel (çərşənbə)
16:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Tural İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu