“Qəbələ” kubok matçına itkisiz çıxacaq

13:20 18 Aprel 2023

“Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Səbail”lə ilk oyununa hazırlığı başa vurub.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandada heç bir zədəli yoxdur.

 

Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Səbail” matçına saat 18:00-da start veriləcək.


Digər xəbərlər

Xəbər xətti