Yerinə əvəzləyici tapa bilmirlər

13:40 18 Aprel 2023

“Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Çud Bellingem karyerasını Almaniya klubunda davam etdirəcək.

 

Sportarena.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, 2024-cü ilin yayına qədər “Borussiya”da qalacaq.

 

Dortmund təmsilçisi hazırda oyunçunu əvəz edə biləcək futbolçu tapa bilmədiyi üçün onunla müqaviləni uzatmağa hazırdır.

 

Öncədən “Mançester Siti” və “Real”ın Bellingemi transfer etmək istədiyi bildirilirdi.

 

İngiltərə millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində 27 oyuna çıxıb, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti