“Fənərbaxça”da daha bir ciddi itki

14:28 18 Aprel 2023

Türkiyənin “Fənərbaxça” klubunda daha bir futbolçu zədələnib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Miha Zayç sıradan çıxıb.

 

O, 29-cu tur çərçivəsində baş tutan “Ankaragücü” ilə oyunda əzələsini zədələyib. Müayinələr nəticəsində onun sol ayaq əzələsində yırtıq və qanama aşkarlanıb.

 

Sloveniyalı futbolçunun azı 2 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir. O, bu mövsüm “Fənərbaxça”da 28 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

Xatırladaq ki, “Fənərbaxça”da ötən gün qapıçı Altay Bayındır də əməliyyat olunub.


Digər xəbərlər

Xəbər xətti