ÇL matçından əvvəl “İnter”də qalmaqal

22:45 18 Aprel 2023

“İnter”in qapıçısı Andre Onana UEFA Çempionlar Liqasının 1/4 finalında “Benfika” ilə oyundan əvvəl məşqdə komanda yoldaşı Marselo Brozoviçlə mübahisə edib.

 

Sportarena.az “Calciomercato”-ya istinadən xəbər verir ki, məşq zamanı kamerunlu qapıçı topun arxasınca qaçarkən xorvat oyunçunu itələyib. Brozoviç Onananın hərəkətlərinə aqressiv reaksiya verib. Buna görə də, komanda yoldaşları münaqişənin dava ilə bitməməsi üçün müdaxilə etməli olublar.

 

“İnter”lə “Benfika” arasında cavab oyunu aprelin 19-da, Milanda keçiriləcək. İlk görüşdə Milan klubu qələbə qazanıb (2:0).


Digər xəbərlər

Xəbər xətti