"Mançester Siti" və "İnter" yarımfinalda - YENİLƏNİB + VİDEO

00:58 20 Aprel 2023

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, Münhen və Milanda baş tutan matçlarla növbəti yarımfinalçılar müəyyənləşib.

 

İngiltərə təmsilçisi “Mançester Siti” Almaniyada yerli “Bayern”in qonağı olub. Matç heç-heçə ilə başa çatıb - 1:1. Bu nəticə ilə ilk görüşdə doğma arenasında 3 cavabsız qolla qalib gələn “şəhərlilər” mərhələ adlayıb. 

 

Digər cütdə İtaliya “İnter”i Portuqaliya təmsilçisi “Benfika”nı sınağa çəkib. 6 qolun vurulduğu matç bərabərə bitib - 3:3. İlk matçda qalib gələn (0:2) İtaliya təmsilçisi bu nəticə ilə yarımfinala yüksəlib. 

 

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

19 aprel

23:00. “Bayern” (Almaniya) 1:1 “Mançester Siti” (İngiltərə) (yekun)

Qollar: Coşua Kimmix, 83 - Erlinq Haaland, 57

Baş hakim: Klemen Turpin (Fransa)

Münhen, “Allianz Arena”

İlk oyun – 0:3

 

23:00. “İnter” (İtaliya) 3:3 “Benfika” (Portuqaliya) (yekun) 

Qollar: Nikolo Barella, 14, Lautaro Martines, 66, Xoakin Korrea, 78 - Fredrik Orsnes, 38, Antonio Silva, 86, Petar Musa, 90+5

Baş hakim: Karlos Del Serro (İspaniya)

Milan, “Cüzeppe Meatsa”

İlk oyun – 2:0


Digər xəbərlər

Xəbər xətti