“Milan” bunu 16 il sonra bacardı

12:41 19 Aprel 2023

“Milan” UEFA Çempionlar Liqasında 16 illik həsrətə son qoyub.

 

Sportarena.az xəbər verir ki, sözügedən komanda uzun illər sonra qitənin ən nüfuzlu klub turnirində yarımfinala vəsiqə qazanıb.

 

1/4 finalda İtaliyanın digər təmsilçisi “Napoli” ilə qarşılaşan milanlılar cütün qalibi olmağı bacarıb. Doğma meydanda 1:0 hesablı qələbəyə sevinmiş “Milan” səfərdə də 1:1 hesablı heç-heçə sayəsində mərhələ adlayan tərəf olub.

 

Xatırladaq ki, “Milan” sonuncu dəfə 16 il öncə Çempionlar Liqasında yarımfinala vəsiqə qazanmışdı. Bu komanda 2007-ci ildə finala qədər yüksəlmiş və həlledici oyunda “Liverpul”a qalib gələrək, ÇL-in qalibi olmuşdu.

 

Qeyd edək ki, “Milan” ÇL-in yarımfinalında “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda “İnter” 2:0 hesabıyla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti