“Çelsi”nin baş məşqçisi Frenk Lempard UEFA Çempionlar Liqasının 1/4 finalının “Real”la cavab görüşünü (0:2) şərh edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qol epizodlarından yararlana bilmədiklərini vurğulayıb:
“İlk 60 dəqiqədə çox yaxşı oynadıq. Həqiqətən, yaxşı qol imkanlarımız oldu. Onlardan istifadə etmək lazım idi. Turnirin bu mərhələsində uduzanda adam heç nə demək istəmir. Hər şey bitdi!”