“Napoli”nin baş məşqçisi Luçano Spaletti UEFA Çempionlar Liqasının 1/4 finalının “Milan”la cavab oyunundan sonra (1:1) açıqlama verib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibi qələbə münasibətilə təbrik edib:
“Futbolçularımı və “Milan”ı təbrik edirəm. Parlaq oyunlar keçirdik. Açığı, hər iki qarşılaşmaya zəif yanaşdıq. Təcrübəsizliyimizin nəticəsi göz önündədir.
Hər iki oyunda yaxşı oynadıq, lakin şanslarımızdan yararlana bilmədik. Bəzi futbolçularım cavab oyununda ən yaxşı formada deyildilər”.