Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – “Konyaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Adana Dəmirspor”la qarşılaşır. İlk hissədən sonra hesab 1:1-dir.
Mahir bu görüşə start heyətdə başlayıb. Komandasının bərabərlik qolunu da 41-ci dəqiqədə millimizin üzvü vurub.