Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
“İstanbulspor” – “Antalyaspor” və “Kayserispor” – “Kasımpaşa” oyunlarında qalib müəyyənləşməyib.
Səfərdə “Başakşəhər”lə qarşılaşan “Fənərbaxça” əzmkar qələbəyə sevinib. Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası “Konyaspor” isə evdə “Adana Dəmirspor”a məğlub olub. Millimizin üzvü 60-cı dəqiqə oynadığı bu matçda komandasının yeganə qolunun müəllifi olub.
Türkiyə Super Liqası
30-cu tur
19 aprel
İstanbulspor – Antalyaspor 3:3
Qol: E.Roca, 6. M.Ba, 45. O.Ergün, 55 – Fernando, 42. Rayt, 51; 88-pen.
Kayserispor – Kasımpaşa 0:0
Başakşəhər – Fənərbaxça 1:2
Qol: Alekşiç, 30 – J.Pedro, 88; 90+3.
Konyaspor – Adana Dəmirspor 1:2
Qol: M.Emreli, 40 – Ndiaye, 28; 56-pen.