“Milan”ın hücumçusu Rafael Leao İtaliya təmsilçisində xoşbəxt olduğunu deyib.
Sportarena.az “Sky” nəşrinə istinadən xəbər verir ki, o, klubla müqaviləsinin yenilənməsinə dair danışıqların aparıldığını bildirib:
“Mən “Milan”da qalmaq istəyirəm. Lakin həll edilməli bəzi məsələlər mövcuddur. Klubla bir illik müqaviləm var. Danışıqlar aparırıq. Burada özümü evimdəki kimi hiss edirəm. Çox xoşbəxtəm”.
23 yaşlı portuqaliyalı forvard cari mövsüm Milan təmsilçisinin heyətində 40 oyuna çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.