Super Liqada daha bir baş məşqçi istefası

11:34 20 Aprel 2023

Türkiyənin “Alanyaspor” klubu baş məşqçi Ersun Yanalı istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

61 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. İstefaya son olaraq “Qalatasaray”a 1:4 hesabıyla uduzan komandanın uğursuz çıxışı səbəb göstərilib.

 

Yanal bu ilin fevralında “Alanyaspor”un baş məşqçisi təyin edilmişdi. O, komandanı cəmi 6 oyuna çıxarıb. Bu görüşlərdə 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.

 

“Alanyaspor” bu mövsüm Super Liqada keçirdiyi 29 oyuna 32 xal toplayıb və 12-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti