“Bakıdakı sprint yarışı əyləncəli olacaq”.
Sportarena.az xəbər verir ki, bunu “McLaren”in pilotu Oskar Pyastri “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisi barədə danışarkən deyib.
O, ilk dəfə Bakıda təşkil olunacaq sprint yarışının davamlı keçirilməsinin tərəfdarı olduğunu bildirib: “Az məşq etmək həyatımı heç də asanlaşdırmır. Ancaq trekdə vəziyyət hamı üçün eynidir. Buna görə də, sprint yarışı narahatlıq yaratmır. Bu planı davam etdirsələr, daha yaxşı olar. Məlum məsələdir ki, sprint yarışında heç kim çox risk etmək istəmir. Bu, bir az F2-yə bənzəyir”.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək. Aprelin 29-da sprint yarışı olacaq.