Qvardiola: “Bayern”in necə təzyiq göstərəcəyini öncədən bilirdim”

15:17 20 Aprel 2023

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/4 finalının “Bayern”lə cavab oyunundan sonra (1:1) danışıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müdafiəçilərinin çıxışını dəyərləndirib:

“Ardıcıl üçüncü mövsümdür ki, Çempionlar Liqasının yarımfinalındayıq. İlk hissədə uzunmüddətli mübarizə aparmalı olduq. Meydan sahiblərinin penalti epizodundan əvvəl bir-iki qol şansı olsa da, cərimə meydançası daxilində müdafiəni çox yaxşı təşkil etdik. Fasilədən sonra daha yaxşı oynadıq.

“Allianz Arena” mənim öncədən tanıdığım stadiondur. “Bayern”in necə təzyiq göstərəcəyini öncədən bilirdim. Əla müdafiə olunduq. Ötən mövsümlə müqayisədə, sırf həmin mövqedə xeyli inkişaf etmişik”.

 

İki oyunun nəticəsinə əsasən, “şəhərlilər” Bundesliqa təmsilçisini 4:1 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.

 

Qeyd edək ki, növbəti mərhələdə onların rəqibi “Real” olacaq.


Digər xəbərlər

Xəbər xətti