“Düşünürəm ki, bu matçda da biz "Mançester Siti"ni nəzarətdə saxladıq, hətta Mançesterdəkindən də çox. Ancaq keçən həftə olduğu kimi, lazımi anda bəxtimiz gətirmədi. Bu da görüşün gedişatını öz xeyrimizə çevirmək üçün lazım idi. Oyunumuzdan çox razıyam”.
Sportarena.az xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyunundan (1:1, ilk oyun - 0:3) sonra deyib.
O, hakim qərarlarından narazı qalıb:
“Bu gün iki şey yaxşı səviyyədə deyildi - meydan və hakim. Mən hakimə ilk qərarından son qərarına qədər mümkün olan ən pis reytinqi verərdim. Hakimin qapımıza təyin etdiyi penalti epizodunda kobudluq görmədim”
Qeyd edək ki, Matçın 37-ci dəqiqəsində görüşün baş hakimi Kleman Turpin “Bavariya”nın qapısına penalti təyin edib, hücumçu Erlinq Haland bunu qola çevirə bilməyib.