Çempionlar Liqasında bir sıra rekordlar, seriyalar və ilklər qeydə alınıb

17:23 20 Aprel 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son iki cavab oyununda qeydə alınan rekordları, qırılan seriyaları və yaşanan ilkləri açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, “Bavariya” – “Mançester Siti” və “İnter” – “Benfika” qarşılaşmalarında bir sıra maraqlı məqamlar diqqət çəkib.

 

- “Mançester Siti” ardıcıl 3 mövsüm ÇL-in yarımfinalına vəsiqə qazanan üçüncü İngiltərə komandası olub. Daha əvvəl “Çelsi” və “Mançester Yunayted” (hər ikisi 2006/2007, 2007/2008, 2008/2009 mövsümlərində) bunu bacarıblar.

 

- Erlinq Holann “Mançester Siti”nin heyətində bütün turnirlərdə ardıcıl 7 oyunda qol vurub. Norveçli forvard bu müddətdə 15 dəfə fərqlənib. Holannın ümumilikdə 22 zərbəsindən 15-i qolla nəticələnib.

 

- Holann bütün klub turnirlərində ardıcıl 15 uğurlu cəhddən sonra ilk dəfə penalti zərbəsini qaçırıb. O, buna qədər sonuncu dəfə 2021-ci ilin aprelində Dortmund “Borussiya”sının heyətində “Union”la görüşdə zərbəni qola çevirə bilməyib.

 

- Holanın Çempionlar Liqasında vurduğu 5-ci penalti zərbəsində ilk dəfə qola sevinə bilməyib. Norveçli turnir tarixində “Bavariya”nın qapısına penalti zərbəsi vuran ilk oyunçudur.

 

- ÇL tarixində ilk dəfə eyni mövsümün 1/4 final matçlarında 3 penalti zərbəsi (Olivye Jiru, Xviça Kvaratsxeliya və Erlin Holann) qolla nəticələnməyib.

 

- Tomas Tuxel “Bavariya” karyerasına bütün yarışlarda 6 görüşdə 2 qələbə ilə başlayıb. Belə zəif startla sonuncu dəfə 1991-ci ildə Sören Lerbi yadda qalıb.

 

- Jozua Kimmix karyerasında ilk dəfə “Bavariya”nın heyətində penalti vurub. O, sonuncu dəfə 8 il əvvəl Almaniyanın U-21 yığmasının heyətində Azərbaycan millisi ilə qarşılaşmada onbirmetrlik zərbədən toru silkələyib.

 

- Pep Qvardiola məşqçi kimi 14-cü mövsümündə 10-cu dəfə komandasını qitənin ən nüfuzlu klub turnirində yarımfinala yüksəldib.

 

- Yarımfinal mərhələsinin “Mançester Siti” – “Real Madrid” görüşündə ÇL-in bu raundunda ən çox iştirak etmiş məşqçilər üz-üzə gələcəklər. Pep Qvardiola 10-cu, Karlo Ançelotti 9-cu yarımfinalına çıxacaq. Siyahıda sonrakı yerləri Joze Mourinyo (8), Aleks Ferqyuson (7) və Lui Van Qal (5) tuturlar.

 

- “İnter” ümumilikdə 9-cu dəfə Avropa Kuboku/Çempionlar Liqasının yarımfinalına yüksəlib. “Neradzurra” sonuncu dəfə 2009/2010 mövsümündə bu mərhələyə qədər irəliləyib və turnirin qalibi olub.

 

- Nikolo Barella “İnter”in heyətində ÇL-in pley-off mərhələsinin hər iki görüşündə qol vuran üçüncü oyunçu olub. Ona qədər yalnız Kristian Vyeri (2002/2003, “Valensiya” ilə 1/4 final) və (2005/2006, “Ayaks”la 1/8 final) Deyan Stankoviç bunu bacarıblar.

 

- Əzəli rəqiblər “Milan” və “İnter” tarixlərində ilk dəfə eyni mövsümdə 5 matçda üz-üzə gələcəklər. Bunun 2-si A seriyası, 1-i İtaliya Superkuboku, 2-si isə Çempionlar Liqasına təsadüf edir.

 

- “Milan”la “İnter” üçüncü dəfə avrokuboklarda qarşılaşacaqlar. “Milan” həm 2003-cü ildə yarımfinalda, həm də 2005-ci ildə 1/4 finalda qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti