"Çelsi" danimarkalı forvard transfer edəcək.
Sportarena.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Atalanta"nın hücumçusu Rasmus Hoylund "zadəganlar"ın maraq dairəsindədir.
London təmsilçisi 20 yaşlı futbolçu üçün 68 milyon avro təklif etməyi planlaşdırır.
Danimarka millisinin üzvü bu mövvsüm 28 görüşdə 8 qol vurub, 3 ötürmə ilə oynayıb.
20 yaşlı hücumçu “Kopenhagen”, “Şturm”da oynadıqdan sonra 2022-ci ildə “Atalanta”ya keçib. O, ötən ildən Danimarka millisinin də şərəfini qoruyur. Hoylund 4 matçda 5 qol vurub.