“Mançester Yunayted”in zədəli futbolçularından bir neçəsi sıraya dönüb.
Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Söhbət müdafiəçilər Luk Şou və Tayrell Malasiya, yarımmüdafiəçi Marsel Zabitser, eləcə də hücumçu Markus Raşforddan gedir. Onlar son məşqlərdə komanda ilə birgə hazırlıq keçiblər.
“Mançester Yunayted” bu gün Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubunun qonağı olacaq. “Qırmızı şeytanlar”ın yuxarıda adları qeyd olunan futbolçuları da İspaniyaya aparılıb. Amma onların meydana çıxıb-çıxmayacağına baş məşqçi Erik ten Haq qərar verəcək.