Avropa çempionatı: Jalə Əliyeva finalda, Türkan Nəsirova və Elis Manolova "bürünc" üçün güləşəcək

20:26 20 Aprel 2023

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazana bilər.

 

Sportarena.az xəbər verir ki, 65 kq-da mübarizə aparan Elis Manolova 3-cü yer uğrunda təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Buna onun 1/4 finalda uduzduğu rumıniyalı İrina Rinqacinin finala çıxması səbəb olub.

 

72 kq-dakı Nigar Mirzəzadənin isə yarışı medalsız başa vuracağı dəqiqləşib. Çünki 1/4 finalda Azərbaycan təmsilçisinə qalib gələn ukraynalı Lyudmila Tiçina finala adlaya bilməyib.

 

Beləliklə, aprelin 21-də, həmçinin, Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) isə bürünc medal görüşünə çıxacaqlar.


Digər xəbərlər

Xəbər xətti