“Arsenal”ın müdafiəçisi Aleksandar Zinçenko zədəsini sağaldıb.
Sportarena.az xəbər verir ki, ukraynalı futbolçu son oyunu əzələ zədəsi səbəbindən buraxmalı olmuşdu.
26 yaşlı sol cinah müdafiəçisi 21 apreldə “Sautempton”la Premyer Liqa matçında meydana çıxa bilər. Amma bu, baş məşqçinin qərarından asılı olacaq.
“Topçular”ın digər zədəli futbolçusu Uilyam Salibanın isə durumu daha ciddidir. Onun zədəsi proqnozlaşdırılandan gec sağalır. Təxminən bir aydır komandaya kömək edə bilməyən futbolçunun yaşıl meydanlara dəqiq nə vaxt dönəcəyi bilinmir.