Simone İnzaqi: “Uzun illər idi ki, həmin anlar üçün darıxmışdıq”

22:23 20 Aprel 2023

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/4 finalının “Benfika” ilə cavab matçından sonra (3:3) açıqlama verib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:

“Çox xoşbəxtik. Klubumuzun hər bir üzvü üçün vacib axşam oldu. Bizimlə görüşə qədər 8 ay ərzində cəmi iki matçda məğlub olan çox ciddi rəqibə qarşı möhtəşəm oynadıq. Qələbəyə və növbəti mərhələyə çıxmağa layiq idik. Arzuladıq və məqsədimizə çatdıq.

Futbolçularımın adına da xoşbəxtəm. “Bayern” və “Barselona”nın da olduğu çox çətin qrupa düşmüşdük, amma özümüzü yaxşı tərəfdən göstərə bildik. Azarkeşlərlə birlikdə bunu bacardıq. Onlar bizə çox kömək etdilər. “İnter”də uzun illər idi ki, həmin anlar üçün darıxmışdıq”.

 

Qeyd edək ki, növbəti mərhələdə onların rəqibi “Milan” olacaq.


Digər xəbərlər

Xəbər xətti