Erik ten Haq: “Bu gün oynamağa hazır deyildik”

13:28 21 Aprel 2023

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə cavab oyunundan sonra (0:3) açıqlama verib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin daha istəkli olduğunu bildirib:

“Kobud səhvlərə yol verəndə qalib gəlmək çətin olur. Daha yaxşı oynamalıydıq. Səhv qərarlar qəbul etdik. Meydançada döyüş əzmi görmədim. Rəqib daha çox həvəsli, istəkli idi. Məsələn, bu, 2-ci qolda aydın görünür. Özümüzü düzəltməli və xarakter göstərməliyik.

Bilirsiniz, söhbət zədəli futbolçulardan getmir. Məsələ meydançada olan futbolçularla bağlıdır. Onlar oynamalıdırlar. Mən onların gücünə inanıram. Bu gün kifayət qədər yaxşı deyildik. Bundan əvvəlki matçlarda yaxşı çıxış edirdik. Bu gün oynamağa hazır deyildik. Sən “Mançester Yunayted”də çıxış edirsənsə, bu cür məğlubiyyətlər baş verməməlidir”.


Digər xəbərlər

Xəbər xətti