Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə qayıdıb

14:43 21 Aprel 2023

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.

 

Sportarena.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri və azarkeşlər qarşılayıblar.

 

Qeyd edək ki, yığmanın heyətində Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti