"Çelsi"də icarə əsasında çıxış edən "Atletiko"nun futbolçusu Joao Feliks "Nyukasl" keçə bilər.
Sportarena.az "Cadena Ser" portalına istinadən xəbər verir ki, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Feliksi sərəncamında görmək istəmir.
"Nyukasl" isə "Çelsi"də qalmayacağı təqdirdə onu ala biləcək yeganə klubdur.
"Atletiko" portuqaliyalını 80 milyon avroya satmağa hazırdır.
23 yaşlı Feliks bu mövsüm Madrid klubu və "Çelsi"nin heyətində ümumilikdə bütün turnirlərdə 35 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Portuqaliyalının İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.