“Sevilya”nın baş məşqçisi: “Biz böyük uğurlara öyrəşən komandayıq”

23:19 21 Aprel 2023

“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar UEFA Avropa Liqasının 1/4 finalının “Mançester Yunayted”lə cavab qarşılaşmasından sonra (3:0) danışıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, azarkeşlərin güvənini boşa çıxarmadığını dilə gətirib və asan qələbə qazanmadıqlarını diqqətə çatdırıb:

“Biz böyük uğurlara öyrəşən komandayıq. Ən yaxşı oyunumuzu göstərmədiyimiz halda, heç-heçə əldə etdiyimiz Mançesterdəki matçın gərginliyini geridə buraxdıq.

Azarkeşlər bizə inanırdı. Biz də onların güvənini boşa çıxarmadıq. “Mançester Yunayted”i heç bir problemləri olmayan dövrdə məğlub etmək çox təəccüblüdür. Bu, asan olmadı”.

 

Qeyd edək ki, yarımfinalda onların rəqibi İtaliya “Yuventus”u olacaq.


Digər xəbərlər

Xəbər xətti