İngiltərənin “Brayton” klubu yarımmüdafiəçisi Paskal Qrossla müqavilənin müddətini artırıb.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Almaniyadan olan 31 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Qross 2017-ci ildən “Brayton”un uğurları üçün çalışır. O, bu komandada 184 oyuna 23 qol vurub.