Çempionlar Liqası: İstanbulda keçiriləcək final matçının biletləri satışa çıxarılıb

19:54 21 Aprel 2023

UEFA bu il Türkiyənin İstanbul şəhərində keçiriləcək Çempionlar Liqasının final oyunu üçün biletləri satışa çıxarıb.

 

Sportarena.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ən ucuz biletin qiyməti 70 avro, ən bahalı biletin qiyməti 690 avrodur.

 

II və III kateqoriyalar üzrə biletlərin qiyməti isə müvafiq olaraq 180 və 490 avro təşkil edir.

 

Qeyd edək ki, həlledici qarşılaşma iyunun 10-da Atatürk Olimpiya Stadionunda baş tutacaq. Finala gedən yolda İspaniya "Real Madrid"i İngiltərənin "Mançester Siti" klubu ilə, İtaliya təmsilçiləri "İnter" və "Milan" isə bir-biri ilə qarşılaşacaqlar.


Digər xəbərlər

Xəbər xətti