Azərbaycan samboçularından Avropa çempionatında 4 medal

21:17 21 Aprel 2023

Azərbaycanın sambo millisi İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
 

Sportarena.az Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal qazanıblar.
 

Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq


Digər xəbərlər

Xəbər xətti