“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə cavab matçını (0:3) şərh edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, soyuqqanlı çıxış etmədiklərini söyləyib:
“İlk dəqiqələrdən etibarən, həqiqətən, diqqətimizi oyuna yönəldə bilmədik və rəqib üçün şanslar yaratdıq. Soyuqqanlı çıxış etmədik. Tez-tez səhvlərə yol verdik. Nəticədə, uduzduq.
Həyatda həm yaxşı günlər olur, həm də pis günlər. Bu gecə bizim üçün pis keçdi. Hər bir futbolçu səhv edə bilər. Rəqib bizi dərhal cəzalandırdı. Qələbə qazanmaq üçün kifayət qədər güclü deyildik”.