Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermədə "Real"ın yarımmüdafiəçisi Federiko Valverde 1-ci olub. O, səsvermədə Rafael Leau ("Milan"), Kevin De Brüyne ("Mançester Siti") və Lautaro Martinesi ("İnter") qabaqlayıb.
Qeyd edək ki, F.Valverde Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə cavab oyununda (1:1) qol ötürməsi verib.