Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun daha iki oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutub.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Sabah"ı qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2
Günün son oyununda isə "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olub. Tərəflər sülhlə ayrılıblar - 1:1
Azərbaycan Premyer Liqası
31-ci tur
22 aprel (şənbə)
16:00. "Turan Tovuz" 0:2 "Sabah" (yekun)
Qol: Aleksey Kaşuk, 28, 66
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Tovuz şəhər stadionu.
18:30. "Səbail" 1:1 "Neftçi" (yekun)
Qollar: Maksim Çex, 32 - Yeqor Boqomolski, 8
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena".
Qeyd edək ki, 31-ci turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Kəpəz"lə 1:1, "Qarabağ" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 23-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.