PSJ klubunun futbolçusu Kilian Mbappe Fransa çempionatında XXI əsrin rekordunu təkrarlayıb.
Sportarena.az "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna "Anje"yə 2:1 hesabı ilə qalib gəldikləri 32-ci tur oyununda dubl etməklə nail olub.
Forvard turnirdə 214 qolda (157 qol, 57 məhsuldar ötürmə) yaxından iştirak edərək Dmitri Payetə çatıb.
2005/2006 mövsümündə Liqa 1-də debüt edən və hazırda "Marsel"in uğurları üçün çalışan Payet "Nant", "Sent-Etyen" və "Lill"in də formasını geyinib. O, çempionatda ümumilikdə 489 matçda meydanda olub.
Daha əvvəl "Monako"da çıxış edən Mbappe bu nailiyyəti 210 oyun və 8 mövsümə təkrarlamağı bacarıb.