UEFA-nın "Barselona" qərarı

14:24 22 Aprel 2023

UEFA bu yay "Neqreyra işi"ndə "Barselona"nı cəzalandırmayacaq.

 

Sportarena.az "Diario Sport"a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı lazım gələrsə, məsələni araşdırmağa başlamazdan əvvəl məhkəmələrdə hər şeyin aydınlaşdırılmasını gözləyəcək.

 

Daha əvvəl UEFA-nın "Barselona"nın Çempionlar Liqasından kənarlaşdıra biləcəyi ilə bağlı məlumat yayılmışdı.

 

Qeyd edək ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırmışdı. Kataloniya təmsilçisi 2001-2018-ci illərdə Neqreyraya 7,3 milyon avro köçürüb. Bunun rüşvət olduğu iddia edilir.


Digər xəbərlər

Xəbər xətti