“Atletiko”nun hücumçusu Antuan Qrizmann MLS haqda danışıb.
Sportarena.az DAZN-a istinadən xəbər verir ki, o, Amerika qitəsində oynamaq istədiyini dilə gətirsə də, Avropada çıxışını davam etdirmək üçün çalışdığını bildirib:
“Mən həmişə ABŞ-də oynamaq istədiyimi demişəm, amma Avropada oynamağa davam etmək üçün var gücümlə mübarizə apardım.
“Atletiko”dakı oyunumdan zövq alıram. Özümü xoşbəxt hiss edə biləcəyim başqa klubun olacağını düşünmürəm”.